Türkiyə ilk “F-35” qırıcılarını təhvil alıb

Bu gün ABŞ-ın Texas ştatında Amerika istehsalı olan 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə Türkiyə nümayəndə heyətində təhvil verilib.

Fort Uert şəhərində təşkil olunmuş təntənəli mərasimdə istehsalçı “Lockheed Martin” şirkətinin nümayəndələri və yüksək rütbəli türkiyəli hərbçilər iştirak edib.

Məlumata görə, təyyarələr daha sonra türk pilotlarının təlim keçəcəyi ABŞ Hərbi-Hava Qüvvələrinin Arizona ştatındakı “Lyuk” aviabazasına göndəriləcək.

Proqrama əsasən, ABŞ Türkiyəyə 100-dən çox “F-35” təyyarəsi tədarük edəcək.

Qeyd edək ki, ABŞ rəsmiləri bundan əvvəl Türkiyənin Rusiya istehsalı olan “S-400” raket-zenit kompleksi və “Su-57” tipli qırıcı təyyarələr əldə etmək planına görə Ankaranın “F-35” qırıcı təyyarə layihəsində iştirakını təhlükə altına qoyduğunu bəyan etmişdi. (APA)

f35

DİGƏR XƏBƏRLƏR

Top