Çinli cütlük bal ayını Qarabağda keçirməyə hazırlaşır

Çində yeni evlənmiş cütlük Sonq Cinqlianq və Yan Yufen bal aylarını Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirməyə hazırlaşır.

Çinli cütlük Qarabağda separatçı rejimin "xarici işlər nazirliyi"nə icazə üçün müraciət edib.

"Bu, birinci hadisədir", - separatçı rejimin "xarici işlər nazirliyi" Tvitter hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan işğal olunmuş ərazilərə qanunsuz səfər edənləri "qara siyahı"ya salır. Çinli cütlük də "qara siyahı"ya düşəcək yeni namizədlərdəndir.(Publika.az)

DİGƏR XƏBƏRLƏR

Top