Pambıqçılara görə işdən çıxarılan məmura vəzifə verildi?

Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Agentliyə təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, məlumat həqiqətə uyğun deyil və bununla bağlı yayılan xəbərin heç bir əsası yoxdur.

Qeyd edək ki, pambıq tarlalarında baş vermiş zəhərlənmə faktlarına görə, ötən gün kənd təsərrüfatı naziri İnam Kərimovun əmrilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev vəzifəsindən azad edilib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top