Tərtərdə zəhərlənən pambıqçılardan yeni xəbər var - FOTO

Xəbər verdiyimiz kimi, Tərtərdə pambıq sahəsində çalışan 25 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Səhhətlərində narahatçılıq yarananlardan 8-i uşaq, 17 nəfəri isə müxtəlif təvəllüdlü kişi və qadınlardır.

Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlən vətəndaşlara ilkin olaraq herbisitlərdən zəhərlənmə diaqnozu qoyulub.

Xəstəxanadan Yeniavaz.com saytına verilən məlumata görə, zərərçəkənlərədən 2 nəfər ambulator müalicəyə buraxılıb.

Qalan 23 nəfərin isə müalicəsi davam etdirilir.

Onların hər hansı həyatı təhlükəsi yoxdur.

Qeyd edək ki, hadisə Tərtərin Xoruzlu kəndi ərzisindəki pambıq sahələrindən birində qeydə alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Zəhərlənənlər bunlardır:

Ağakişiyeva Fərqanə (1992)

Ağakişiyev Natiq (1976)

Vahidova Rövşənə (1984)

Muradova Lalə (1986)

İsmayılova Ayşən (1985)

Məmmədova Rahidə (1973)

Əsgərova Lalə (1988)

Əliyeva Solmaz (1982)

Əliyev Xəyal (1987)

Tapdıqova Aynur (1987)

Abbasova Süsənbər (1959)

Hüseynova Sevinc (1965)

Nuriyev Füzuli (1989)

Abbasova Rəksanə

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top