Nazir: Qəbul imtahanında fənlərin sayı azaldılacaq


Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb. Bunu təhsil naziri Ceyhun Bayramov nazirliyin illik hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda məsələ barədə müvafiq qərar qəbul ediləcək: “Şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə 2018/2019-cu tədris ilindən tətbiq olunacaq”.

Ceyhun Bayramov ali təhsil müəssisələrinə qəbul üzrə ediləcək dəyişiklikdən də danışıb: “Əsasən, iki dəyişiklik nəzərdə tutulur. Dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq: “Məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı beşdən üçə düşəcək”.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top