ABŞ-ın ağdərili əhalisinin sayı ölkə tarixində ilk dəfə olaraq 2015-2016-cı illər dövründə azalıb və bu tendensiya ötən il daha miqyaslı olub. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Əhalinin siyahıya alınması bürosundan deyiblər. Bildirilir ki, 2016-cı ildən 2017-ci ilədək ağdərili amerikalıların sayı 0,02 faiz və ya 31 min 516 nəfər azalaraq 197,8 milyon nəfərə çatıb, bu da ölkə əhalisinin inkişafında tarixi dəyişiklikdir. Ötən il ABŞ-da yaşayan Latın Amerikasından gəlmələrin sayı 2016-cı illə müqayisədə 2,1 faiz artaraq 58,9 milyon nəfər təşkil edib. Eyni dövrdə afroamerikalıların sayı 1,1 faiz artaraq 47,4 milyona, Asiya mənşəlli sakinlərin sayı isə 3,1 faiz artaraq 22,2 milyon nəfərə çatıb.