İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü


İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top