Hadı Rəcəbli: "Vergi yükünü azaltmalıyıq"

"Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. İşəgötürənin yükünü azaltmalıyıq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin. Əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top