Deputat: Ermənistandakı “təmizləmə” teraktlara səbəb olacaq

Ermənistan güc strukturlarının hazırkı baş nazir Nikol Paşinyanla heç bir mübarizəsi yoxdur.

Bu sözləri açıqlamasında azərbaycanlı deputat, siyasi ekspert Rasim Musabəyov deyib.

O bildirib ki, son 25 ildə Ermənistanda demokratiya deyil, kriminal oliqarxlıq rejimi hökm sürür. Bu gün bu rejim hakimiyyətdən uzaqlaşır və əlbəttə ki, onlarda “özünümüdafiə effekti” yaranır.

“Paşinyan bir-birinin ardınca onları həbs edir və mülkiyyətini ələ keçirir. Düşünürəm ki, “erməni üslubunda təmizləmələr” terror aktları ilə nəticələnəcək.

Ermənistan təhlükəsizlik xidməti bəyan edir ki, bu qüvvələr hətta Paşinyana sui-qəsd də hazırlayıblar”, - deputat deyib.

Musabəyov Ermənistanda əksinqilabın olacağı ilə bağlı məlumatlar paylaşan yerli KİV-lərdən narazılığını ifadə edib.

“Hansı əksinqilab? Orada inqilab olmayıb, hansı əksinqilabdan söhbət gedə bilər?!”, - deputat bildirib.

Xatırladaq ki, Ermənistanda Paşinyan tərəfindən əvvəlki hökumət nümayəndələrinin kütləvi “təmizlənməsi” aparılır.

(Oxu.Az)

DİGƏR XƏBƏRLƏR

Top