Salah Misirin futbol federasiyasının rəhbərliyi ilə dalaşıb

Misir yığmasının hücumçusu Məhəmməd Salah ölkəsinin futbol federasiyasının rəhbərliyi (EFA) ilə dalaşıb.

“Liverpul” forvardını narazı salan, komandanın dünya çempionatına hazırlığının federasiya tərəfindən zəif təşkil edilməsi olub.

Məlumata görə, EFA təlim məşq toplanışına yüzlərlə biznesmen, artist və şou-biznes ulduzunu dəvət edib və bu futbolçuların əsas diqqəti məşqlərə yönəltməsinə əngəl olub.

EFA nümayəndələrindən biri Salahın səs tonuna nəzarət etməsini tələb edib; bundan hiddətlənən hücumçu acıq edərək öz otağına yollanıb və bir neçə saat heç kimlə danışmayıb.

Qeyd edək ki, Misir yığması artıq DÇ-2018-in pley-off mərhələsinə çıxmaq şansını itirib.

Uruqvaya qarşı ilk matçı Salah Çempionlar Liqasının finalında aldığı zədəyə görə buraxmalı olub. Həmin oyunda rəqiblər minimal hesabla qalib gəlib. İyunun 19-da keçirilən matda isə Rusiya yığması komandanı 1:3 hesabı ilə məğlub edib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top