Rusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub.
Uruqvay millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.
Qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 23-cü dəqiqədə Luis Suares vurub.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda Rusiya millisi ilə birgə 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İki oyuna xal toplaya bilməyən Misir və Səudiyyə Ərəbistanı yığmaları növbəti mərhələ şanslarını itiriblər.
DÇ-2018, A qrupu, II tur
19:00. Uruqvay - Səudiyyə Ərəbistanı 1:0
Qol: Luis Suares, 23
Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)
Rostov-Don, "Rostov Arena"
(Report)