"Greencard" qazanan azərbaycanlı məşhur Nyu-Yorka köçdü FOTOLAR

Ötən il "Greencard" loterayasının qaliblərindən olan keçmiş "Dəyirman" qrupunun üzvü Elmir Məhərrəmov artıq ABŞ-a köçüb. Bu barədə Yeniavaz.com-a “Greencard.az” şirkətinin rəhbəri Royal Cəfərov məlumat verib. R.Cəfərovun sözlərinə görə, ötən il ABŞ-da yaşamaq və işləmək hüququ qazanan Elmir Məhərrəmov bu ilin may ayında viza alıb, iyunun 16-da isə artıq ailəsi ilə birgə Nyu-Yorka yola düşüb.
Qeyd edək ki, keçmiş reperi yola salanlar arasında dostları ilə yanaşı, "Dəyirman" qrupunun üzvü Malik Kələntərli və daha bir "Greencard" qalibi müğənni Elariz Məmmədoğlu da olub.

DİGƏR XƏBƏRLƏR

Top