İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb.

“Ajanshaber” xəbər verir ki, qəza iyunun 19-da Sumatra adasının şimalında - Medan rayonu yaxınlığındakı Toba gölündə baş verib.

Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nurgroho bərədəki sərnişinlərin siyahısı tapılmadığından itkin düşənlərin sayının çox olacağından ehtiyatlandıqlarını bildirib.

Qəzanın səbəbi araşdırılır.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top