Dünya çempionatında ilk qırmızı kart göstərildi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk dəfə hakim futbolçuya qırmızı kart göstərib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, qırmızı kart Kolumbiya-Yaponiya matçında göstərilib. Belə ki, oyunun üçüncü dəqiqəsində hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi meydançadan qovub. O, qapıya gedən topu cərimə meydançası daxilində əli ilə saxladığına görə qırmızı kart alıb. Yaponiya yığmasının yarımmüdafiəçisi Sindzo Kaqava təyin olunmuş penaltini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. Bu, dünya çempionatları tarixində ən tez verilən ikinci qırmızı kartdır. Ən tez verilən qırmızı kart 1986-cı il dünya çempionatında olub. Şotlandiya komandası ilə oyunda Uruqvayın futbolçusu Xose Batista matçın 56-cı saniyəsində meydançadan qovulub.

DİGƏR XƏBƏRLƏR

Top