.jpg)
Ötən gün Hacıqabulda ilansancma hadisəsi baş verib. 6 yaşlı qızcığazı ilan sancıb. İlkin tibbi yardımdan sonra qızcığaz paytaxta - Klinik Tibbi Mərkəzə gətirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Lent.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, ilan sancmış qızın vəziyyəti orta ağır qiymətləndirilir.
Hazırda onun müalicəsi davam etdirilir.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                