Azərbaycanda NİŞANLISINA VƏ ONUN AİLƏSİNƏ şok yaşadan gənclər - SİYAHI

Biləsuvar rayonunda 16 yaşlı Məmmədova Səkinə Nəsimi qızının intihar etməzdən əvvəl özünü videolentə alması və dedikləri həs kəsi şoka salıb.

Hadisə rayonun Ağalıkənd kəndində baş verib. S. Məmmədova nişanlı olub.

Yeniavaz.com saytı xəbər verir ki, Azərbaycanda bir-birini sevib nişanlanan və daha sonra aralarında yaranmış problem səbəbindən intihar edənlər oğlan və qızlar az deyil. Onların siyahısını təqdim edirik.

Bir müddət əvvəl Qax rayonu Ləkit-Kötüklü kənd sakini, 1989-cu il təvəllüdlü Rəhimov Coşqun Rəhim oğlu rayonun Süskən kəndi ərazisindəki meşə zolağında özünü ağacdan asaraq intihar edib.

O, Bakı şəhərində fəaliyyət göstərən plastik qapı-pəncərə sexlərinin birində çalışıb. Rayona gələrək sevdiyi qızla nişanlanıb. İntihar etməzdən əvvəl C. Rəhimov nişanlısının mobil telefonuna "Cənnətdə görüşərik" mesajı göndərib.

Bakıda nişanlısı ilə mübahisə edən gənc oğlan da özünü asmışdı. Hadisə Sabunçu rayonunda baş vermişdi. Ramana qəsəbəsi "Südçülük" sovxozu kimi tanınan ərazidə yaşayan 1994-cü il təvəllüdlü Arazlı Tural Vüqar oğlu yaşadığı evdə özünü asaraq intihar etmişdi.

Onun qohumlarının verdiyi məlumata görə, Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib və o, heç kimə heç nə demədən özünü həyətyanı sahədə asıb. Tural Arazlının toy mərasimi olacaqmış.

Göyçay rayonunda da 23 yaşlı oğlan intihar etmişdi. Mikayıl Mikayılov intihardan 6 ay öncə ailə quracağı qızla nişanlanmış və toya hazırlaşırdı.

M. Mikayılov özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq "salamat qal, mən getdim" sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.

Yaxınlarının bildirdiyinə görə, gənc oğlanın asılı vəziyyətdə qalmış meyitini atası tövlədə tapıb.

Bakının Badamdar qəsəbəsində də bu cür dəhşətli intihar baş verib. Amma bu dəfə intihar edən 20 yaşlı qız olub.

Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Gültəkin Maarif qızı Orucova özünü mətbəxdə asaraq intihar edib.

Polisdən G. Orucovanın nişanlısı ona xəyanət etdiyinə görə intihar etdiyi bildirilib.

Göygöl rayonunda isə nişanlısı ilə mübahisə edən 32 yaşlı oğlan intihara cəhd edib. Hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Məmmədov özü-özünə xəsarət yetirib. Onun nişanlısı ilə mübahisəsi olub. Qız oğlanı sevmədiyini, nişanı qaytaracağını deyib. Bundan əsəbləşən Vüsal özünə xəsarət yetirib.

Daha bir belə acı hadisə isə Şabran şəhərində baş verib. Həmin ünvanda ailəsilə kirayədə yaşayan, Qubanın Bərqov kəndinin sakini 24 yaşlı Səma Hamid qızı Məmmədova özünü evin ikinci mərtəbəsində iplə asaraq intihar etmək istəyib. Lakin ailə üzvləri qızın əməlindən vaxtında xəbər tutaraq onu xilas edə biliblər. 24 yaşlı Səma Məmmədova özünü sevgilisi, Aqşin adlı oğlanla mübahisə etdiyinə görə öldürmək istədiyini deyib.

Qəribədir ki, tamamilə başqa bir səbəbi əsas göstərib intihar edənlər də var. Məsələn, bir müddət öncə Müzadil Alıyev adlı gənc nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün intihar etmişdi. O, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. M. Alıyev bir neçə ay imiş ki, nişanlanıbmış və bu yaxınlarda toyu olacaqmış.

M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd edib.

DİGƏR XƏBƏRLƏR

Top