Türkmənistanda çoxarvadlıq qadağan edildi

Türkmənistanın Ailə Məcəlləsinə çoxarvadlığı qadağan edən norma daxil edilib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ailə Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında qanunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov imzalayıb. Çoxarvadlıq deyəndə birgə təsərrüfatı işlətməklə eyni zamanda iki və ya daha çox qadınlar bir yerdə yaşamaq başa düşülür. Yeni qanun bu il sentyabrın 1-dən qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top