Dünyada yalan və aldadıcı xəbərlər ən çox Türkiyə mətbuatında yayılır - ARAŞDIRMA

Dünyanın aparıcı təhsil ocaqlarından olan "Oxford" Universitetinin "Reuters" İnstitutu tərəfindən 37 ölkənin mətbuatında yer alan xəbərlərlə bağlı vəziyyət araşdırılıb və müəyyən olunub ki, mətbuatda yalan və aldadıcı məlumatlara ən çox Türkiyədə yer verirlər. Yeniavaz.com " Euronews"ə istinadən bildirir ki, Türkiyə vətəndaşları arasında aparılan sorğu zamanı insanların 49%-i mətbuatında yer alan xəbərlərin yalan və aldadıcı olduğunu bildiriblər.

Araşdırmya görə, Avropa ölkələri arasında Türkiyəndən sonra ən çox yalan və aldadıcı məlumatlar Yunanıstan mətbuatında yayımlanıb. Yunanıstanda sorğu iştirakçılarının 44%-i belə hesab edir ki, mətbuatında yer alan informasiyalar yalan və ya aldadıcı olub.

Araşdırmanın aparıldığı 37 ölkə arasında Türkiyə ilə bərabər daha bir İslam ölkəsi - Malaziya da yer alıb. Malaziya mətbuatı yalan və aldadıcı informasiya baxımından 27 ölkə arasında 3-cü sırada qərarlaşıb. Bu ölkədə də xəbərlərin yalan və aldadcı olduğuna inananların sayı 44%-i təşkil edib.

Yalan və aldadıcı xəbərlərin ən çox yayıldığı ölkələrin sırasında ilk 10-luğa Meksika (43%), Macarıstan (42%), Rumıniya (38%), Çexiya (36%), Braziliya (35%), Bolqarıstan (34%) və Argentina (34%) daxil olub.

Siyahıda 11-ci sırada qərarlaşan ABŞ-da insanların 31%-i belə hesab edir ki, mətbuatda yayılan xəbərlər yalan və aldadıcı olur.

Bu sahədə ən yaxşı vəziyyət, yəni mətbuatın yalan və aldadıcı məlumat yaydığına inanların sayının ən az olduğu ölkələr - Almaniya (9%), Danimarka (9%), Hollandiya (10%), Belçika (13%), İsveçrə (13%), Norveş (14%) və İngiltərə (15%) olub.

"Reuters" İnstitutu bəzi ölklərdə vətəndaşlardan " internet üzərindən siyasi fikirlərinizi açılamağa çəkinirsinizmi?" - deyə, soruşub. Türkiyə bu sorğuda da "birinci" olub. Türkiyədə bu suala cavab verənlərin 65%-i çəkindiklərini bildiriblər.

Türkiyədən sonra bu sahədə ən pis vəziyyət Vyetnamda (63%), Malaziyada (57%), Braziliyada (56%) qeydə alınıb.

İnternet üzərindən siyasi fikirlərini açıqlamaqdan çəkinməyən insanların yaşadığı ölkələrin başında isə Norveç, ABŞ, İsveç və Danimarka gəlir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan bu araşdırmya daxil edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top