Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlavə məlumat veriləcək.
Saat 10:52 ***
"Nanəli" restoranında yanğının söndürülməsi işləri davam etdirilir.
Yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.
Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.(APA)
yanğın