Dünyanın ən yaşlı oranqutanı öldü

Dünyanın ən yaşlı oranqutanı 62 yaşında ölüb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, meymun Avstraliyanın Pert şəhərindəki zooparkda həyatla vidalaşıb. Puan ləqəbli oranqutan baytarların xəstəliklərlə bağlı baxışından sonra yatırdılıb. Xəstəlik onun qocalması ilə bağlı olub və bu, meymunun həyat keyfiyyətinə mənfi təsir edib. Bildirilir ki, əgər oranqutan vəhşi təbiətdə yaşasaydı, onun yaşı 50-ni ötməzdi. Məhz tibbi yardım sayəsində oranqutan 62 yaşınadək yaşaya bilib. Puan 2016-cı ildə dünyanın ən yaşlı Sumatra oranqutanı kimi Ginnesin Rekordlar Kitabına salınıb.

DİGƏR XƏBƏRLƏR

Top