Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Ford-Tranzit" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Hacıyev Elşad İsrafil oğlunu vurub.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)