Erməni general əsgər azuqələrini öz ayılarına yedirib - VİDEO


Ermənistanın milli təhlükəsizlik nazirliyi erməni general Manvel Qriqoryanın evi və istirahət zonasında keçirdiyi xüsusi əməliyyatın görüntüsünü yayıb.

“Sputnik-Armeniya” xəbər verir ki, axtarış zamanı külli miqdarda silah-sursat, həmçinin əsgərlər üçün nəzərdə tutulan azuqələr aşkarlanaraq müsadirə olunub.

General bağ evini silah-sursat anbarına və onlarla klassik və müasir avtomobildən ibarət qaraja çevirib. Bağdan eyni zamanda əsgərlərin azuqə paylarının, hərbi geyimlərinin və dərmanlarının anbarı kimi istifadə olunub.

İstirahət evinin ərazisində eyni zamanda generalın pələnglər, ayılar, tovuzquşları, dəvəquşularından ibarət şəxsi zooparkı olub. İddiaya görə, aprel döyüşləri zamanı erməni əsgərlər üçün nəzərdə tutulan ərzaq paylarını Manvel Qriqoryan öz zooparkındakı heyvanlara yedirib.(Oxu.az)

Erməni general

DİGƏR XƏBƏRLƏR

Top