Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində yanğın olub. Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, xəstəxana ərazisindəki “Mercedes” markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.
Yanğın qısa zamanda söndürülb. Hadisənin səbəbi barədə məlumat verilməyib.