Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 azərbaycanlı yaralanıb - FOTO+ VİDEO

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır. Son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. (apa)

taksi

DİGƏR XƏBƏRLƏR

Top