Mingəçevir və Yevlax YPX əməkdaşları birgə reyd keçirib

Baş Dövlət Yol Polisi İdarəsi Mingəçevir və Yevlax YPX əməkdaşları ilə birgə Mingəçevirdə kobud şəkildə qayda pozan sürücülərə qarşı maarifləndirici reyd keçirib. qaydaları pozan sürücülərlə bağlı reyd keçirib. Yeniavaz.com xəbər verir ki, Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişiklik edən , sürücülük hüququ olmadan, alkoqollu içki qəbul edib sükan arxasına keçən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı DYP əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişməklə şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində üç saata yaxın davam edən reyd zamanı qayda pozan sürücülərə inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib. Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərimələniblər.

Baş Dövlət Yol Polisi idarəsinin YPX Dövlət Avtomobil müfətişi Mahir Nağıyev Yeniavaz.com saytına məlumat verərək bildirib ki,reydi keçirməkdə əsas məqsəd kobud şəkildə qayda pozan sürücüləri aşkarlamaq, və onlarla maarifləndirici söhbətlər aparmaqdır. Bu tədbirlər ölkənin bütün regionlarında keçirilməsi nəzərdə tutulub.

Esmira Hidayətova,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top