Fransada qalmaqal - Prezidentin xanımı boşqaba 50 min avro ödədi

Fransanın birinci xanımı Bricit Makron ciddi bir müzakirəyə səbəb olub.

Cütlük Yelisey sarayı üçün 1200 nəfərlik boşqab alıb və 50 min avro pul vətəndaşların cibindən çıxıb.

50 min avroluq boşqab alınması barədə xəbər rəsmi açıqlanıb. Fransız mətbuatı isə bu rəqəmin çox yüksək olduğunu iddia edir.

“Le Canard” qəzeti yazır ki, boşqablar üçün 500 min avro ödənilib. Hazırda sarayda istifadə edilən boşqabların bir çoxu Jak Şerak dövründən qalır. Saray üçün isə boşqablar Sevr yaxınlığındakı fabrikdə istehsal edilir. Fabrikin işçiləri dövlət məmuru sayılır və Saray sadəcə dizayn üçün pul ödəyir. Fabrikin xərcləri və işçilərin maaşı isə mədəniyyət nazirliyi tərəfindən ödənilir.

(“Ölkə.Az”)

DİGƏR XƏBƏRLƏR

Top