Rayonda KOLBASANIN İÇİNDƏN görün nə çıxıb: "Əvvəl inanmadıq" - VİDEO

Zərdab rayonunda qonaq getdiyi evə kolbasa alıb aparan şəxs həm özü zəhərlənib, həm də ailənin uşağı. Bu barədə Yeniavaz.com saytına rayon sakini Eltəkin Xəlilov məlumat verib.

Dediyinə görə, qonaq getdiyi evə əliboş getməmək üçün "Flaqman" kolbasası alıb aparıb: "Kolbasanı süfrəyə qoydular, həm mən, həm də ailə üzvləri yedilər. Bir az sonra uşağın halı pisləşdi, daha sonra biz özümüzü pis hiss etdik. Uşağı təcili həkimə çatdırdıq, sistem qoşuldu. 3 gün ərzində mən də müalicə olundum və halımız bir az düzəldi".

E. Xəlilov deyib ki, bütöv kolbasanın əvvəl bir hissə açılıb kəsildiyindən heç nədən şübhələnməyiblər: "Lakin halımız pisləşəndən sonra kolbasadan şübhələndik və onun qalan hissəsini açanda gözlərimizə inanmadıq. Kolbasa bərbad vəziyyətdə idi, içi deşik-deşik, rəngi sarımtıl-yaşıl idi. Kolbasanın qalan hissəsini saxlayıb bir neçə gün sonra onu paylayan "Flaqman" şirkətinin sürücüsünə göstərdim və etirazımı bildirdim. Sürücü dedi ki, ona hansı məhsul verilirsə, marketlərə daşıyıb aylıq maaşını alır, yəni onluq bir şey yoxdur".

Eltəkin Xəlilov yarasız vəziyyətdə olan "Flaqman" kolbasasından zəhərlənməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına da müraciət edəcəyini bildirib: "Həm qonaq getdiyimiz ailə, həm də mən iynə-dərmana xeyli pul xərcləmişik. Tələb edəcəyik ki, həm şirkətə qarşı tədbir görülsün, həm də bizə dəymiş ziyan ödənsin".

Sonda kolbasanın bərbad vəziyyətini əks etdirən videonu da təqdim edirik.

kolbasa

DİGƏR XƏBƏRLƏR

Top