Roza “Maşın”ın qalibi oldu, amma hədiyyədən imtina etdi

18 gündür milyonları efirə kilidləyən, sosial şəbəkələrdə və mediada hadisələri, qalmaqalları, iştirakçıları ilə geniş rezonans doğuran “Maşın” realiti şousunun qalibi müəyyənləşib.

“Xanımlar və cənablar - 2” devizi ilə yayımlanan şounun qalibi müğənni Roza Zərgərli olub.

O, avtomobil ətrafında olarkən Hüseyn Əzizoğluna psixoloji təsir göstərib. Hüseyn Rozanın təzyiqlərinə dözməyib və əlini avtomobildən çəkib.

Daha sonra Roza ağlamağa başlayan Hüseyni sakitləşdirmək istəsə də, onun bu cəhdi baş tutmayıb. Belə ki, Hüseyn onu özündən uzaqlaşdırıb.

Hüseyn canlı yayımda Rozanın sözünə qulaq asdığı üçün Abbas Bağırov və İlhamə Bədəlovadan üzr istəyib.

Avtomobili qazanan Roza Zərgərli isə Murad Dadaşovdan qaydaları pozmasını xahiş edib. O bildirib ki, avtomobili götürmək istəmir.

“Mən avtomobilin bütün iştirakçılar adından xeyriyyə məqsədilə istifadə edilməyini istəyirəm. Ona görə də, avtomobili götürmürəm”, - deyə Roza söyləyib.

Bunu eşidən Murad Dadaşov isə “Maşın” şounun heyəti və hüquqşünası ilə məsləhətləşdikdən sonra avtomobilin onlarda qala biləcəyini, yaxın günlərdə mediaya avtomobilin aqibəti barədə məlumat verəcəklərini bildirib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top