Tramp: Putin Obamaya hörmət etməyib

ABŞ-ın əvvəlki Prezidenti Barak Obamanın zəifliyi ucbatından Krım Rusiyaya ilhaq edilib. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın indiki Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Krımı Prezident Obama itirib: "Bunu ona görə deyirəm ki, başa düşməsini. Bu mən Ağ evə gəlməzdən xeyli əvvəl baş verib. Bu onun günahıdır". D. Tramp qeyd edib ki, Prezident Obama Krımı ona görə itirib ki, Rusiya Prezidenti Vladimir Putin ona, ABŞ-a və Ukraynaya hörmət etməyib.

DİGƏR XƏBƏRLƏR

Top