Dünya çempionatı Rusiyada bahalaşmaya səbəb olacaq


2018 - futbol üzrə dünya çempionatının Rusiyada inflyasiyaya təsiri cüzi olacaq. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib. Onun sözlərinə görə, dünya çempionatının təsiri az olacaq: "Təsir qısamüddətli, ayrı-ayrı şəhərlərdə, hər şeydən əvvəl turistlərin istehlak etdiyi mal və xidmətlər üzrə olacaq". Bununla belə, ƏE.Nabiullina qeyd edib ki, ikinci rübdə dünya çempionatına görə Rusiyanın ümumi daxili məhsulu 0,1-0,2 faiz bənd arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top