Bu gün mərhum xalq artisti Fuad Poladovun qırx mərasimidir. Bu münasibətlə yaxınları onun məzarını ziyarət edib, məzarının üstünə gül dəstələri düzüb.
Qeyd edək ki, F. Poladov mayın 4-də ağciyər xərçəngindən dünyasını dəyişib. O vəsiyyəti ilə "Qurd Qapısı” qəbiristanlığında dəfn olunub və məzar daşına şəkli vurulmayıb. (Bakupost)