TANAP-ın açılışına Gürcüstan rəsmilərinin qatılmamasının səbəbi bilindi

"Gürcüstanın TANAP layihəsinin rəsmi açılış mərasimində yüksək səviyyədə iştirak etməməsi ölkədəki daxili siyasi vəziyyətlə bağlı olub".

Bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib.

O qeyd edib ki, rəsmi açılış mərasimində Gürcüstan prezidenti və ya baş nazirinin təmsil olunmaması ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərinə heç bir təsir etməyəcək.(APA)

DİGƏR XƏBƏRLƏR

Top