ABŞ Çindən alınan mallara 25 faizlik rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Çindən alınan mallara qarşı 50 milyard dollar məbləğində gömrük rüsumlarını təsdiqləyib. "The Wall Street Journal" qəzetinin məlumatına görə, qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub.

Adları siyahıda keçən mallara 25 faizlik rüsum tətbiq olunacaq. Amma hələlik qərarın nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

Qəzet yazır ki, müvafiq qərar ABŞ ilə Çin arasında ticarət müharibəsinin dayandırılması barədə əldə olunmuş razılığa ziddir.(Report)

DİGƏR XƏBƏRLƏR

Top