Kreml Azərbaycan və Ermənistan liderlərinin tanış olması barədə açıqlama verib

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə danışmaq hələ tezdir. Yeniavaz.com TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu barədə danışmaq hələ çox tezdir. D. Peskov futbol üzrə dünya çempionatının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı tanış etməsi məlumatına da münasibət bildirib. O deyib: "Bu, ilk tanışlıq olub, hansısa davamı barədə danışmaq hələ çox tezdir".

DİGƏR XƏBƏRLƏR

Top