PKK-nın ən böyük silah arsenalı ələ keçirildi

Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatının ən böyük silah arsenalı aşkar edilib. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, Hakkari bölgəsində bu günədək PKK-nin ən çox miqdarda silah-sursatı ələ keçirilib. Nazir qeyd edib ki, ələ keçirilə silah-sursat arasında 116 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd piyada tüfəngi, 3 ədəd tank əleyhinə idarə olunan sursat, 7 ədəd snayper tüfəngi, 1 ədəd ov tüfəngi, 217 ədəd əl bombası və s. var.

DİGƏR XƏBƏRLƏR

Top