Qubada bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb. Rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.

O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top