Paşinyanı 150 dollarlıq rus qazı qane etmir

Ermənistan Rusiyadan qaz üçün daha əhəmiyyətli dərəcədə endirim əldə etmək istəyir. Yeniavaz.com-un RT-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistan sərhəddə Rusiyadan ucuz qaz alır, lakin sərhəddən istehlakçının evinədək qazın qiyməti iki dəfə artır: “Bu problemi Ermənistanın daxilində müzakirə etməli və başa düşməliyik. Bu, Rusiya ilə münasibətlərimizə aid deyil”. Bununla belə, N. Paşinyan qeyd edib ki, Ermənistan Rusiyadan qaz üçün daha əhəmiyyətli dərəcədə endirim əldə etmək istəyir: “Əlbəttə ki, biz daha ucuz qz almaq niyyətindəyik. Başa düşürük ki, bu, Ermənistan üçün özəl qiymətdir. Lakin biz daha özəl qiymətlər istərdik. Bu məsələləri müzakirə edəcəyik və ümid edirəm ki, uğur qazanacağıq”. Qeyd edək ki, Ermənistan hazırda Rusiya qazını hər min kubmetrə görə 150 dollar qiymətinə alır, lakin o, son alıcıya 290 dollar qiymətinə çatır

DİGƏR XƏBƏRLƏR

Top