Qırğızıstan Prezidenti adi reyslə Moskvaya uçdu

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov işgüzar səfərlə Moskvaya uçub.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, o, futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.S. Jeenbekov, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək və onunla əməkdaşlığın ikitərəfli məsələlərini müzakirə edəcək. Qırğızıstan Prezidentinin mətbuat katibi Tolqonay Stamaliyeva bildirib ki, S. Jeenbekov prezident təyyarəsi ilə deyil, “Aeroflot” aviaşirkətinin adi reysi ilə uçub. Xanım Stamaliyeva qeyd edib ki, reysin seçilməsi səfəri qısamüddətli və nümayəndə heyətinin tərkibinin kiçik olması ilə əlaqədardır. O, həmçinin vurğulayıb ki, Qırğızıstan Prezidenti Almaniya və Rusiya yığmalarının azarkeşidir.

DİGƏR XƏBƏRLƏR

Top