Ağstafada yeni gömrük-keçid məntəqəsi tikiləcək

Azərbaycan-Gürcüstan sərhəddində, Böyük Kəsik və Sadıqlı kəndləri arasında yeni gömrük-keçid məntəqəsi tikiləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov məlumat verib.

Onun sözlərinə görə, artıq bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyyətindən icazə alınıb.

"Yeni məntəqə Sınıqkörpü gömrük-keçid məntəqəsinin yükünü azaldacaq və keçir prosesini sadələşdirəcək. Burada iki ölkənin gömrük xidməti əməkdaşları bir binada oturacaq", - deyə S.Qaralov əlavə edib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top