56 pasportu İmişlidə su kanalına niyə atıblar? - RƏSMİ CAVAB

"İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib".

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, müəyyən edilib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.

"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir.

Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", - deyə E. Zahidov bildirib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top