Donald Tramp İran İslam Respublikasının yarandığı 1979-cu ildən bəri ABŞ-ın ən zalım prezidentidir.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, İslam İnqlibanının qələbəsindən (1979-cu il) bu günədək ABŞ-ın bütün hökümətləri İran xalqının düşməni olub: “Lakin ABŞ-ın indiki prezidenti əvvəlkilərlə müqayisədə ən pisi, ən zalımıdır”. H. Ruhani qeyd edib ki, İran Vaşinqtonun Tehrana qarşı niyyətindən xəbərdardır.