Mingəçevirdə ana və üç uşağını maşın vurub

Minğəçevirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

Onlar Mingəçevir şəhər sakinləri: 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir.

Yaralılardan İ. Orucovanın vəziyyəti ağırdır.

Hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib. İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib. "VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top