Norveçin hakim “Tərəqqi” partiyasının deputatları Nobel sülh mükafatına ABŞ prezidenti Donald Trampın namizədliyini irəli sürüb.
Deputatların fikrinə görə, Ağ Ev rəhbəri Koreya yarımadasında nüvə probleminin dinc yolla həlli istiqamətində göstərdiyi səylərə görə bu mükafata layiqdir.
“Hazırda baş verən hadisələr tarixi əhəmiyyət kəsb edir. Dünyanın sülhlü gələcəyini təmin edəcək proses başlanılıb.
Hələlik bu kifayət qədər həssas prosesdir, ona görə də, onun yaxşı nəticələr gətirməsi üçün əlimizdən gələni etməliyik. Hesab edirəm ki, öz mövqeyimizi ortaya qoyub, Trampı sülh mükafatı ilə təltif etməklə buna nail ola bilərik”, deyə təşəbbüsün həmmüəllifi Per-Villi Amundsen bildirib.(oxu.az)