“Instagram”da alış-veriş etmək olar

İyunun 12-dən başlayaraq “Instagram” sosial şəbəkəsinin istifadəçiləri “Stories” funksiyası vasitəsilə alış-veriş etmək imkanı əldə ediblər. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, brendlər “Stories”də heşteqlər əlavə edərək öz mallarına hiperistinadlar qoyacaqlar. İstifadəçilər istinadlara daxil olaraq tətbiq çərçivəsində mal əldə edəcəklər. 2017-ci ilin noyabr ayına olan məlumata görə, hər gün 300 milyondan çox adam “Instagram Stories”a baxır.

DİGƏR XƏBƏRLƏR

Top