Azərbaycanda EFİRDƏN HƏBSƏ gedən müğənnilər - SİYAHI

Azərbaycanda həbs həyatı yaşamış məşhurlar az deyil. Yeniavaz.com saytı xəbər verir ki, onların bəziləri həbsdən çıxdıqdan sonra yenidən incəsənətə qayıdıb, öz əvvəlki həyatlarına davam ediblər. Həbsdən çıxan müğənnilər arasında sonradan dünyasını dəyişənlər də var. Həbs həyatı yaşamış müğənnilərin siyahısını təqdim edirik.

1. Həbsdə olan müğənnilərdən söz düşəndə ilk yada düşən Fədayə Laçındır. Müğənni məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilərək həbs edilib.

Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Müğənninin hətta intihara cəhd etməsi barədə də məlumat yayılıb.

2. Bir müddət öncə məşhur meyxanaçı Mahir Cürət Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Meyxanaçı narkotik vasitə ilə tutulmuşdu. Meyxanaçı bir neçə müddət həbsdə yatdıqdan sonra azadlığa çıxıb.

3. Müğənni Maral Tahirqızı da həbs həyatı yaşayıb. M. Tahirqızı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilmiş və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

O, cəza müddətinin dörddə üç hissəsini çəkdikdən sonra qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.

4. Mərhum meyxanaçı Bayram Kürdəxanı da həbs həyatı yaşamışdı. B. Kürdəxanlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

5. Sevilən repçi, mərhum Hüseyn Dərya da bir neçə il həbsxanada yatmışdı. H. Dəryanın həbs olunmasına səbəb onun üstündə narkotik aşkarlanması olmuşdu. Reper həbsdən çıxandan sonra yenicə məşhurlaşmağa başladığı ərəfədə yol qəzasında dünyasını dəyişib.

6. O, intiharı ilə Azərbaycanda hər kəsi şoka saldı. Söhbət sevilən meyxanaçı Məşədibabadan gedir. M. Aydəmirov toyuna bir neçə gün qalmış həbs olunmuşdu. Səbəb isə meyxanaçı Elçin Atakişiyevi aralarında yaranan münaqişə zamanı qətlə yetirməsi idi. 6 il dəmir barmaqlıqlar arasında qalan Məşədibaba 2000-ci ildə həbsdən çıxmışdı.

7. Bir vaxtlar populyar olan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub və sonradan həbs edilib.

8. Tanınmış reper Elşad Xose Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunmuşdu.

9. Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov da türmə həyatı yaşayıb. Əməkdar artistin oğlu 2016-cı ildə həbs olunmuşdu. Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

10. Hazırda Türkiyədə yaşayan Tunar Rəhmanoğlu avtoxuliqanlığa və polisin qanuni tələblərinə riayət etmədiyinə görə qısa müddətlik həbs cəzasına məhkum olunmuşdu.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top