Makedoniyanın adı dəyişdirildi

Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlanacaq. Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Makedoniyanın Baş naziri Zoran Zayev deyib. Onun sözlərinə görə, ad dəyişimi ilə bağlı Yunanıstanın Baş naziri Aleksis Çiprasla razılıq əldə olunub. Bu da Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə yolunu açır. Z. Zayev bildirib ki, müqaviləni Yunanıstan və Makedoniya hökumətləri imzalamalı, sonra isə iki ölkənin parlamenti ratifikasiya etməlidir: "Bununla bağlı ölkə konstitusiyasına dəyişikliklər edilməlidir. Respublika vətəndaşları isə payızda ad dəyişimin təsdiqi üzrə referenduma qatılmalıdırlar". O, xüsusilə qeyd edib ki, "makedoniyalılar" eyniyyəti və "makedon dili" adı saxlanılıb. Qeyd edək ki, Yunanıstan və Makedoniya arasında ad haqqında mübahisə 25 il davam edib. Yunanıstan ad dəyişimini ona görə tələb edirdi ki, onu Yunanıstanın Makedoniya bölgəsi ilə qarışdırmasınlar.

DİGƏR XƏBƏRLƏR

Top