2018-ci il futbol üzrə Dünya çempionatında hakimlər qiyməti təqribən 5 min avro olan saatlardan istifadə edəcəklər. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsveçrənin "Hublot" saat istehsalçısının marketinq üzrə direktoru Filipp Tardivel deyib. Onun sözlərinə görə, həmin saatlar "Biq Ben" adlanır və 4950 avro dəyərindədir: "Ümumilikdə 2018 ədəd istehsal olunub. Dünya çempionatının hakimləri üçün isə xüsusi opsiyalı 110 ədəd unikal saat buraxılıb. Onlar satışa çıxarılmayacaq. Saatların batareyası 7 saatdan çox avtonom iş üçün nəzərdə tutulub".