Metroda belə şəkil çəkdi - Hamı ondan danışır - VİDEO

Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Foto metronun “Nəriman Nərimanov” stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.

Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi tənqid olunub.

Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir. Arzu eyni saatda metroda çəkdiyi videonu da paylaşıb. (Qafqazinfo)


VİDEO

DİGƏR XƏBƏRLƏR

Top