Pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin səbəbi açıqlanıb

"Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir".

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: "Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib".

Q. Təhməzli qeyd edib ki, Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir. Bir qismi evə buraxılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top