Ağdaşda iftar süfrəsi açılıb

On bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı sayılan Ramazan ayı hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradır. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir. Bu gün Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi "Səma" şadlıq sarayında Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. Dövlət orqanları nümayəndələrinin, şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək, Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib.

Qeyd edib ki, milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunub.

O cümlədən rayonumuzda da tikinti-quruculuq işləri geniş vüsət alıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Ağdaş rayonu inkişaf mərhələsindədir.

Ağdaş şəhəri günü-gündən gözəlləşir. Azərbaycanda təşkil olunan iftar süfrələrinin də ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirdiyini deyən icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib. Din xadimləri çıxış edərək, müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar. Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, ruhuna dualar oxuyublar. Sonra iftar süfrəsi açılıb.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top